Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu 

14:26 19.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.

Hafta.az xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.

 

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.